“Qarabağ” “Neftçi”yə qarşı - Çempion kim olacaq?

16:24 19-05-2021 | icon 2043
“Qarabağ” “Neftçi”yə qarşı - Çempion kim olacaq?

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulur. Sonuncu – 28-ci turun bütün görüşləri eyni gündə keçiriləcək.

Turun, eləcə də mövsümün qapanış matçı lider “Qarabağ”la əzəli rəqibi və əsas izləyicisi “Neftçi” arasında baş tutacaq. Mövsümün çempionunu müəyyənləşdirəcək Azərbaycan derbisində ağdamlılara heç-heçə də bəs edəcək. Paytaxt təmsilçisi isə çempion olmaq üçün “Qarabağ”ı mütləq məğlub yola salmalıdır.

Azərbaycan Premyer Liqası

 

28-ci tur

19 may

“Səbail” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı.

Bakı. “ASCO Arena”, 18:00.

“Sabah” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.

Masazır. “Bank Respublika Arena”, 18:00.

“Keşlə” – “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev.

Bakı. “ASK Arena”, 18:00.

“Neftçi” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev).

Bakı. “Dalğa Arena”, 20:30.


Digər xəbərlər

0.28370094299316