İlham Əliyev Putinlə telefonla danışdı
Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin telefon söhbəti olub.
Telefon danışığı zamanı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların hərfi və ruhuna tam uyğun olaraq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həlli vurğulanmaqla regionda münaqişədən sonrakı vəziyyətlə bağlı məsələlər müzakirə edilib.
Bu kontekstdə Azərbaycan-Ermənistan sərhədində bu yaxınlarda baş vermiş hadisələrə diqqət yetirilib. Azərbaycan və Rusiya prezidentlərinin ümumi fikrinə görə nizamlama yalnız siyasi-diplomatik metodlarla aparılmalıdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə edilməsinə yönəlmiş konsultativ köməklik göstərməyi davam etdirəcək.
İkitərəfli gündəliyin mühüm aspektlərinə dair fikir mübadiləsi də aparılıb. Prezident İlham Əliyev Rusiya vaksinlərinin göndərilməsinə görə səmimi minnətdarlığını ifadə edib. Bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Hökumətlər, müvafiq nazirliklər və idarələr xətti ilə intensiv təmaslar buna yönəldiləcək.
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
...
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı - Foto
...
-
Prezident Kobaxidze ilə təkbətək görüşdü - Fotolar
...
-
Cozef Bayden Prezident İlham Əliyevi təbrik edib
...
-
Prezident Binəli Yıldırımı qəbul edib - Foto
...
-
Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
...
-
Prezident BP-nin yeni baş icraçı direktorunu qəbul etdi
...
-
Prezidentlərin səfərinin pozitiv anları - Video
...
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...