Premyer Liqada bürünc medalın sahibi müəyyənləşdi

01:53 20-05-2021 | icon 2130
Premyer Liqada bürünc medalın sahibi müəyyənləşdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulur.

Turun keçirilən 3 oyunundan sonra avrokuboklara 3-cü vəsiqə və bürünc medalın sahibi müəyyənləşib.

Səfərdə "Səbail"i 1:0 hesabla məğlub edən "Sumqayıt" xallarını 39-a çatdıraraq, mövsümü 3-cü pillədə başa vurub. "Kimyaçılar" növbəti mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək.

 

"Zirə" isə səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzub. "Sumqayıt"dan 1 xal geri qalan Rəşad Sadıqovun komandası 38 xalla mövsümü dördüncü pillədə btiirib.

Turun digər matçında isə "Keşlə" "Qəbələ" üzərində 3:1 hesablı qələbə qazanıb.

 


Digər xəbərlər

0.23844504356384