Bakı metrosu açılır, regionlara avtobusların hərəkəti bərpa olunur

13:48 25-05-2021 | icon 1669
Bakı metrosu açılır, regionlara avtobusların hərəkəti bərpa olunur

Mayın 31-dən "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunacaq.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Bundan başqa, onun sözlərinə görə, həmin tarixdən regionlara da ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək.


Digər xəbərlər

0.22365093231201