Vətən müharibəsi şəhidlərinin övladları ilə görüş
31 may 2021-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin inzibati binasında rayonun başçısı cənab Süleyman Mikayılovun rəhbərliyi ilə Vətən müharibəsində şəhid olmuş 9 ailənin 13 uşağının iştirakı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov öz çıxışında söylədi ki, uşaqlar bəşəriyyətin sabahı, bizim gələcəyimizdir. Bütün bəşəriyyət malik olduqlarının ən yaxşısını uşaqlara verməyə borcludur. Bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğuladı. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırmış, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə çoxsaylı tədbirlər həyata keçirmiş, müxtəlif beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq fərman və sərəncamlar imzalamışdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışdır. Bu siyasətin davamı olaraq son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olmuşdur. Heydər Əliyev Fondunun uşaqların intellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır.
Hər bir dövlət, hər bir cəmiyyət gələcəyimiz olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Bu gün müstəqil Azərbaycan dövləti də bu mühüm məsələyə çox böyük qayğı ilə yanaşır.
Çıxışdan sonra Vətən müharibəsində şəhid olmuş 9 ailənin 13 uşağına icra hakimiyyəti tərəfindən bayram hədiyyələri təqdim edilmiş, bu da uşaqların sevincinə səbəb olmuşdur.
Tədbirin sonunda şəhid ailələri rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
-
Davamlı əməkdaşlığın əsas meyarı
...
-
Azərbaycan Qırğız Respublikası ilə münasibətlərə böyük önəm verir
...
-
Azərbaycan ilə Qırğızıstan arasındakı tarixi əlaqələr
...
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...