“Nəticə olmadığı üçün ürəkdən sevinə bilmirik” - De Byazi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Belarus yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Italiyalı mütəxəssis Minskdə baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
“10 aydır birlikdəyik, həmişə istəyirik hücum futbolu oynayaq. Təbii ki, vaxtımız azdır. Çalışırıq bu az vaxtda maksimumu edək. Oynadığımız oyunlarda yaxşı futbol nümayiş etdirsək də, nəticə olmadığı üçün ürəkdən sevinə bilmirik. Daha diqqətli olmalıyıq, situasiyanı doğru qiymətləndirməiyik.
Belarus millisi gənc komandadır, yeni baş məşqçiləri var. Yeni çalışdırıcının ilk oyunu olacaq. Rəqibi az tanıyırıq, bu da bizim işimizi bir qədər çətinləşdirir. Keyfiyyətli oyunçulardan təşkil olunub. Düzdür, son oyunda dünya sıralamasında ilk pillədə olan Belçika millisinə böyükhesablı məğlub olublar, amma bu, onların yaxşı, keyfiyyətli futbolçularının olduğu həqiqətini dəyişmir. Onu da qeyd edim ki, Belarus millisi də bizi hardasa 40 pillə qabaqlayır.
Təxminən Türkiyə ilə oyunda şans verdiyim futbolçular meydanda olacaq. Təbii ki, müəyyən istisnalar qaçımazdır. Bəhlul Mustafazadə və Emil Bədəlov hazır olmadıqları üçün oynamayacaq. Türkiyə ilə müqayisədə buarada havanın hərarəti fərqlidir. İnanıram ki, bu amil daha çox mübarizə aparmağımıza kömək edəcək”.
Qeyd edək ki, iyunun 2-də Minskdəki “Dinamo” stadionunda keçiriləcək Belarus – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...