Türkiyə- Azərbaycan birgə iqtisadi layihələrin böyük geosiyasi əhəmiyyəti

17:21 10-06-2021 | icon 1970
Türkiyə- Azərbaycan birgə iqtisadi layihələrin böyük geosiyasi əhəmiyyəti

Regionda müxtəlif ölkələr olsa da, məhz Azərbaycan –Türkiyə iqtisadi əlaqələri həm
dayanaqlı . həm də keçmişi və gələcəyi olan irəliyəyən iqtisadiyyatdır. Təbii ki, burada
eyni dil , eyni adət- ənənə eyni maraqların olması əvəzsiz rola malikdir. Bu maraqlar
inamlı əməkdaşlıq və qardaşlıq üzərində qurulub. Azərbaycan-Türkiyə iqtisadi əlaqələri
ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. Belə ki bu
istiqamətdə ilkin olaraq 1992–ci ildə Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət
və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanmışdı. İkitərəfli iqtisadi münasibətlər
1994-cü ildən sonra həyata keçirilən tədbirlər və bir sıra hüquqi müqavilələr əsasında
daha da dərinləşmişdir. Bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə
bir sıra birgə mexanizmlər fəaliyyət göstərməkdədir. Bunlardan xüsusilə, kənd
təsərrüfatı , quru nəqliyyatı, gömrük məsələləri , son dövrlərdə təhsil və hərbi sahədə
əməkdaşlıq kimi mexanizmləri vurğulamaq olar. Bundan başqa iki qardaş ölkənin
regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və tranzit layihələrində fəal
iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra layihələr
həyata keçirilmişdi. Bakı-Tbilisi-Ceyhan neft kəməri , Bakı-Tbilisi-Ərzurum qaz kəməri ,
Bakı-Tbilisi-Qars dəmir yolu xətti , Trans-Anadolu təbii qaz boru xətti layihələri bu
baxımdan ən yaxşı nümunələrdir. Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılması
istiqamətində mühüm bir addım 29 oktyabr 1998 tarixində Azərbaycan, Türkiyə və
Gürcüstan prezidentləri arasında "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin
tikintisi ilə bağlı "Ankara Bəyannaməsi" imzalanmışdı. Təxmini bir il sonra tərəflər xam
neftin "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair"
Sazişə imza atmışlar. 13 iyul 2006 tarixində Türkiyənin Ceyhan limanında sözügedən
layihənin rəsmi açılış mərasimi keçirilmişdir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də iki ölkə
arasındakı regional ən mühüm layihələrdən biridir. 2007-ci ildən etibarən bu xətt ilə
Türkiyəyə qaz nəqlinə başlanmışdır. Azərbaycandan bu kəmər vasitəsilə Avropa
İttifaqı ölkələrinə qaz ixracı mümkün olmuşdur. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru
kəmərinin fəaliyyətə başlaması, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin istismara
verilməsi və bununla da, Azərbaycanın dünya bazarına neft və qaz ixrac etmək imkanı
əldə etməsi ölkələrimizin imkanlarını daha da genişləndirmişdir. Nəqliyyat vasitəsi ilə
beynəlxalq yük və sərnişin daşımalarının ölkələrimizin ərazisindən tranzit kimi istifadə
edilməsi əməkdaşlığı daha da artırmışdır. Bu baxımdan Azərbaycan və Türkiyə üçün
xüsusi əhəmiyyət kəsb edən hadisələrdən biri “Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti”
layihəsinin reallaşdırılması olmuşdur. Təbii ki, bu iki ölkə rəhbərinin qarşılıqlı güvəni və
xarici müdaxilələrə qarşı birgə qətiyətli addımların atılması səyi nəticəsində baş
tutmuşdur. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə -
TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin
edilməsi və təchizatın davamlı dayanaqlığı baxımından böyük önəm daşıyır. TANAP
çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılmışdır. Həmçinin, iki ölkənin
təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə  2018-ci ilin sentyabr
ayında SOCAR-ın, Türkiyə ərazisində həyata keçirdiyi iri layihələri nümunə gətirmək
olar. Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir.
Azərbaycanda fəaliyyət göstərən Türk şirkətləri əsasən enerji, sənaye,
telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi
sahələrdə fəaliyyət göstərməkdədir.Vurğulamq yerinə düşərdi ki, təkcə kapial qoyuluşu
birtərəflin olmamışdır.Son illər isə Azərbaycandan Türkiyəyə investisiya qoyuluşlarında
mühüm artım müşahidə olunmaqdadır.. Yalnız Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (SOCAR) Türkiyədəki investisiyalarının ümumi həcmi 2016-cı ildə 12,6 milyard

dollara çatmışdır. Son dövr rəqəmlərə nəzər yetirdikdə mənzərə belə canlanır. 2020-ci
ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiya
qoyuluşuna görə, Türkiyə 259 milyon dollar investisiya məbləği və 12,3% xüsusi çəki ilə
Birləşmiş Krallıqdan sonra 2-ci yerdə qərarlaşıb. Eyni dövrdə Türkiyə, Azərbaycan
tərəfindən xarici iqtisadiyyata yönəldilən birbaşa xarici investisiya həcmində 39,2 milyon
dollar investisiya məbləği və 6% xüsusi çəki ilə 8-ci yeri tutub. Bu o deməkdir ki,
Azərbaycan türkiyə iqtisadiyyatına sərmayə qoyan ilk onluğa daxil olan ölkələrdəndir. 44
günlük “Vətən müharibəsi” ndə Türkiyə rəhbərliyinin və xalqının istər hərbi, istər xarici
siyasətdə Azərbaycanın yanında olması qardaş münasibətlərin inkişafedən xətt üzərində
qurulmasının bariz nümunəsidir. Buna da əminəm ki, türk tikinti şirkətləri Qarabağın
çiçəklənməsində öz töhvələrini verəcək. Artıq Ağdam şəhərinin yenidən qurulmasında ,
“Zəfər “ yolunun tikintisində bunun şahidi oluruq.Yaşasın Azərbaycan -Türkiyə
qardaşlığı!
Samir Məmmədov,
Saatlı rayon S.Ağamirzəyev adına Bəylər kənd ümumi orta məktəbin Azərbaycan
dili və ədəbiyyatı müəllimi


Digər xəbərlər

0.24038100242615