Millimizin daha bir futbolçusu Polşa klubuna keçdi

08:50 17-06-2021 | icon 2305
Millimizin daha bir futbolçusu Polşa klubuna keçdi

Futbol üzrə Azərbaycan millisinin və “Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk Polşanın “Visla” (Plotsk) klubuna keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı müdafiəçi Plotsk təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasında “5” nömrəli formanı geyinəcək.

 

Daha əvvəl yığmamızın hücumçusu Mahir Emreli “Qarabağ”dan ayrılaraq Polşanın “Legiya” klubu ilə 3+1 illik müqavilə bağlamışdı.

Qeyd edək ki, Anton Krivotsyukun “Neftçi” ilə müqaviləsi cari mövsümün sonunda başa çatıb. Bu üzdən o da Mahir kimi, yeni klubuna azad agent kimi keçib.


Digər xəbərlər

0.28847193717957