Azərbaycanda ilk jest dili lüğətinin veb-səhifəsinın hazırlanması işləri davam edir - FOTO
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi “Sosial layihələr”
müsabiqəsinin qaliblərindən olan “Doğma jest dili” layihəsi çərçivəsində “NAR”ın maliyyə
dəstəyi ilə veb-saytın hazırlanması işləri davam etdirilir. 3 aydan artıq davam edən hazırlıq
müddətində 3000-dən çox söz və söz birləşməsi jestlərinin izahedici mətnləri, şəkilləri və
videoları sayta yerləşdirilib.
“Doğma jest dili” lüğətinin elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların
yaxınları, həmçinin bu qrup insanlarla işləyənlər üçün faydalı vəsait olacaqdır. Bundan başqa,
saytın mobil versiyasının da hazırlanması nəzərdə tutulur.
Xatırladaq ki, “Karlara Dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən “Doğma jest
dili” layihəsinin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti
ilə məşğul olmaq qabiliyyətinin artırılması və ətrafdakı insanlarla ünsiyyətin təşkil olunmasını
xidmət edən jest dili lüğətinin hazırlanmasıdır.
Qeyd edək ki, “Nar” eşitmə və nitq məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyası üçün
müxtəlif layihələr icra edib.
-
“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi
...
-
“Nar” beynəlxalq MMA yarışı “RIZIN” turnirinin rəsmi tərəfdaşıdır
...
-
Neftimiz bu gün neçəyə satılır?
...
-
Ələt Azad İqtisadi Zonasının 10.5 hektar hissəsində yaşıllıq ərazisi salınacaq
...
-
Taksidə 500 milyon kilometr və 18 əsr: “Maxim” Azərbaycanda çalışdığı dövrün hesabatını açıqlayır
...
-
Azərbaycanda kim taksidə gedir: Sərnişinin portreti
...
-
Prezident ödənişli yeni avtomobil yolunun açılışına qatıldı - Fotolar
...
-
“Azeri Light” ucuzlaşdı
...
-
“Nar”dan yeni abunəçilər üçün xüsusi endirim: FULL 6 yarı qiymətə!
...
-
Sabahdan Sumqayıtdan Bakıya “ekspres” qatarlar işləyəcək
...