Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

07:35 23-06-2021 | icon 1932
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,75 ABŞ dolları, yaxud 1 % artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 75,29 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Digər xəbərlər

0.25317001342773