Yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası vaksinlə mümkün olub

14:25 23-06-2021 | icon 2194
Yoluxucu xəstəliklər zamanı bəşəriyyətin xilası vaksinlə mümkün olub

Qədim zamanlardan vaksinlər ən müxtəlif xəstəliklərdən müdafiə üçün
istifadə edilmişdir. Zaman -zaman fərqli coğrafi məkanlarda meydana
çıxan,o coğrafi məkanla məhdudlaşan yaxud məhdudlaşmayaraq 
müxtəlif ölkələrə yayılan çoxlu yoluxucu xəstəliklər olmuşdur. Bu
yoluxucu xəstəliklər qarşısını almaq mümkün olmadığı zamanlarda xeyli
sayda insanların ölümünə və sağlamlıq problemlərinə səbəb olmuşdur.
Yoluxucu xəstəliklər hava damcı,qan və s. üsullarla xəstə orqanizmdən
sağlam orqanizmə keçir və o canlının da məhvinə səbəb olurdu. Bəzi
xəstəliklərdə ölüm sayı pik həddə çatmış olurdu.
İnsanlar bu xəstəliklərdən qorunmaq, ya birdəfəlik qurtulmaq, ya da ən
azından ən az fəsadla keçirməyin yollarını axtarırdılar. Qədim dövrlərdən
müşahidə olunub ki, ağır yoluxucu xəstəlikləri bir dəfə keçirən, bu
xəstəliyə daha tutulmur və ya xəstəliyi yüngül keçirir. Ona görə də
pandemiya və epidemiyalar zamanı belə şəxslərdən müəyyən qruplar
yaradılırdı və onlar xəstələrə qulluq edirdilər. Bununla da, vaksinlər kəşf
olunmuşdur.
Bəs vaksin nədir? Vaksin  insan bədəninin xəstəliklərə qarşı
müqavimətini qüvvətləndirən bioloji maddədir. Belə ki, xəstəliyin səbəb
olduğu mikrob,virus ya olduğu kimi ,ya da zəiflədilərək insan bədəninə
yeridilir. Bu zaman ya insanda birdəfəlik immunitet yaranır və insan
xəstələnmir,ya da xəstəliyi yüngül simptomlarla keçirir. Yaranan
immunitet ömürlük olduğu kimi,müddətli də ola bilir. Elə xəstəliklər
mövcuddur ki ,onlara qarşı bədəndə immunitet yaranmır.Bu xəstəliklərə
qarşı vaksin vurulması orqanizmin xəstəliyi daha rahat və az fəsadla
keçirməsi üçün lazımdır. Vaksinlərin yaranma keçmişinə nəzər salsaq
,heç bir vaksin kəşf olunarkən və istifadəsinə başlanarkən birmənalı
qarşılanmayıb.Təbiidir ki ,hələ xəstələnməmiş insan zəiflədilmiş də olsa
onu xəstələndirəcək virusu bədəninə könüllü şəkildə qəbul etməkdə
tərəddüt edir. Amma nəzərə alsaq ki,tarixdə yoluxucu xəstəliklər zaman-
zaman hətta müharibədən daha çox insan tələfatına səbəb olmuşdur, bu
zaman düşünməyə dəyər. Hal -hazırda da,dünyamızın Covid-19
pandemiyası ilə üz-üzə qaldığını nəzə alsaq ,ən real qorunma yolunun
vaksinlər və əhalinin vaksinasiyası olduğu aydındır.

Pandemiya təhlükəsi başlayanda dövlət vacib addımlar atdı. Prezident
İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə
2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni
koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət
Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin
Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması,
profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi
məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və
qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və
bütün bu tədbirlər öz müsbət təsirini göstərdi.

Bəşirova Aytəkin,
Saatlı rayonu Məzrəli kənd tam orta məktəbi


Digər xəbərlər

0.29748606681824