Cüdoçularımızdan ilk - Olimpiadaya 9 lisenziya

14:27 23-06-2021 | icon 2300
Cüdoçularımızdan ilk - Olimpiadaya 9 lisenziya

Beynəlxalq Cüdo Federasiyası Tokio-2020 üçün son Olimpiya reytinqlərini dərc edib. Reytinqdə yarışa qatılacaq Azərbaycan idmançılarının da siyahısı yer alıb.

Belə ki, ölkəmizi Yaponiyada 9 cüdoçu təmsil edəcək.

Bu, Azərbaycan cüdo tarixində ilkdir. İndiyə qədər heç bir Olimpiadada 9 cüdoçumuz mübarizə aparmayıb.

 

Bunlardan 7-si kişi, 2-si qadın idmançıdır.

Bununla həm də Olimpiadaya lisenziya qazanan idmançılarımızın sayı 39-a yüksəlib.

Cüdoçuların siyahısı isə aşağıdakı kimidir:

Kişilər

Kəramət Hüseynov (60 kq)

Orxan Səfərov (66 kq)

Rüstəm Orucov (73 kq)

Murad Fətiyev (81 kq)

Məmmədəli Mehdiyev (90 kq)

Zelim Kotsoyev (100 kq)

Uşanqi Kakauri (+100 kq)

Qadınlar

Aişə Qurbanlı (48 kq)

İrina Kindzerska (+78 kq)

 

 

Digər xəbərlər

0.25328207015991