Qorxulu pandemiyadan yeganə çıxış yolu vaksinasiyadir

14:29 23-06-2021 | icon 2687
Qorxulu pandemiyadan yeganə çıxış yolu vaksinasiyadir

Dünyanı cənginə almiş COVID-19 bəlası insanların sağlamlığına və dünya iqtisadiyyatına mənfi
təsirlərini göstərməkdə davam edir.Azərbaycan da pandemiyanın yaratdiğı neqativ təsirlərdən
kənarda qala bilməyib.Pandemiyanın davamlı və təhlükəlı olmasını,qlobal səhiyyə sistemı
qarşısinda mühüm həyati vacib məsələlərin həll etməsini nəzərə alaraq Ümumdünya Səhiyyə
Təşkilatının dünyada xəstəliyə qarşı mübarizəni vaksinlərlə aparmağı bəyan etmişdir. Yoluxucu
xəstəliklərə qarşı mübarizə və profilaktikada tibbin əldə etdiyi ən böyük naliyyətlərdən biri məhz
vaksinasiyadir. Peyvəndlər icad olunana qədər dünya bugünkundən daha çox təhlükədə idi.Cəmi
bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu.-bu xəstəliyə
yoluxanları ya iflic,ya da ölüm iləcəkləryaxalayirdı.Hazırda poimielit tamamilə yox olub. COVID-19
səbəbindən turizim, iaşə obyektləri,hava yolu,səyahət və sahələrdə böyük iqtisadi itkilər yaşandı
və dünyada milyonlar insan iş yerini itirdi.Dünyada iqtisadi itkilərin bərpa olunması üçün
vaksinasiya yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq
(konserlər,kino,teatr,sərgilər və s.) insanlarin gündəlik həyatinda aktivlik artacaq. Peyvənd
milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlanması və xəstəliyə
xərclənən iqtisadi itkilərin azladılması üçün yeganə üsuldur. Vaksinasiya səhiyyəyə düşən yüki
azalacaq.Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə
biləcəklər.Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq.Müasir dövürdə yolxucu
xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhəttdən ən əlverişlisi
vaksinasiyadır.Əsas prinsipi müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabının
yaranmasını təşkil edir.Bu gün ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla reallaşır.
Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start vermiş ölkədir. Azərbaycan
öz beynəlxaq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ
dolları həcmində könüllü maliyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə
koronavirusla mübarizədə birbaşa humanitar və maliyə yardımı göstərmişik.Peyvəndlərin
bərabər və ədalətli şəkildə paylanması mühüm şəkildə əhəmiyyət kəsb edir. Peyvənd
proqramının idarə olunmasına görə Ümumdünya Səhiyyə Təşkilatı hər zaman Azərbaycanı
nümunəvi ölkələrdən biri kimi göstərir. Azərbaycanda COVİD – 19 əleyhinə Vaksinasiya
Strategiyası hazırlanarkən yarana biləcək maneyələr nəzərə alınaraq önləyici tədbirlər
görülmüşdür. Hazırkı dövürədək ölkəmizdə vurulan vaksinlərin sayı artıq 1 milyon 25 min 790
–dir. Peyvəndləmədən sonra təxminən 70-80 faiz halda yoluxmadan qorunmuş hesab
olunuruq. Koronavirus əleyhinə peyvəndin hər iki dozası vurulduqdan bir müddət sonra
orqanizimdə yaranan ümunited insanları gələcəkdə koronavirusa yoluxduğu halda yarana
biləcək ağırlaşmalardan və letal sonluqdan qoruyacaq. Peyvənd edilmək yoluxma baş verdikdə
xəstəliyin yüngül kecirilməsi deməkdir. Ona görə peyvənd olunanlar belə həm özlərini , həmdə
ətrafdakıların sağlamlığı naminə qorunma tədbirlərini «3 qızıl qayda» -nı gözləməyi
pandemiyaya qalib gələnə qədər davam etdirməlidirlər. Gözə görünməyən virusla mübarizədə
peyvənləmə prosesində aktiv iştirak edərək «kollektiv immumited» yartmaq , xəstəliyin artım
tempini aşağı salmaq mümkündür. Əgər həkim tərəfindən heç bir əks göstəriş yoxdursa,
tərəddüd etmədən peyvənd olunmaq lazımdır.
Paşayeva Asiman
Saatlı Rayon Bəylər kənd S.Ağamirzəyev adına ümumi orta məktəbin biologiya müəllimi.


Digər xəbərlər

0.29036593437195