“Neftçi”dən daha bir transfer

12:02 28-06-2021 | icon 1932
“Neftçi”dən daha bir transfer

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Paytaxt klubu “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfovla 2 illik müqavilə bağlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 23 yaşlı yarımmüdafiəçinin bu komandanın heyətində “97” nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

2015-ci ildən “Sumqayıt”da çıxış edən Xəyal Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.


Digər xəbərlər

0.26184511184692