İyulun 10-dək qazdan köhnə tariflə istifadə edəcəyik

07:09 01-07-2021 | icon 1905
İyulun 10-dək qazdan köhnə tariflə istifadə edəcəyik

“İyul ayının 10-dək vətəndaşlar köhnə tarifdən istifadə edəcəklər”. 

Bu barədə “Azəriqaz” İB-nin direktoru Ruslan Əliyev Tarif Şurasının qazın qiymətindəki dəyişikliklə bağlı qərarını şərh edərkən bildirib.

O qeyd edib ki, həmin vaxtadək sayğacların oxunuşu, əvvəldən ödənişli sayğaclarda proqram təminatı həyata keçirilənədək köhnə tarifdən istifadə olunacaq: “İyul ayının oxunuşunu, qaz balansının bağlanmasını avqustun 10-dək həyata keçiririk”. 

 

Dəyişikliyin nə qədər abonenti əhatə etməsinə gəlincə isə, R. Əliyev bildirib ki, 51 faiz abonent 1200 kubmetr əhatəsindədir. Digər – 1200 kubmetrdən yuxarı qaz istifadə edən abonentlər isə 49 faiz təşkil edir. Beləliklə, 1 milyon 300 minə yaxın abonent yenə də qazdan limitlə -10 qəpiklə istifadə edəcək. 

Qeyd edək ki, Tarif Şurasının yeni qərarı ilə qaz qiymətlərində dəyişiklik edilib.


Digər xəbərlər

0.30043196678162