Kənan və Cəbrayıl Avropa çempionu oldu
Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.
Ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.
Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən Heybətov finala vəsiqə qazanıb. Həlledici və prinsipial görüşdə Ermənistan idmançısıyla qarşılaşan Kənan əsl əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və Avropa çempionu olub.
Cəbrayıl Hacıyev ilk mərhələdə Moldova güləşçisinə qalib gəlib. Milli üzvü daha sonra Rusiya təmsilçisini "tuşe" ilə məyus edib. Hacıyev macar rəqibindən də güclü olub və yarımfinala yüksəlib. Finalın bir addımlığında gürcü pəhləvanla mübarizə dramatik alınıb. Görüş boyunca gah bu, gah da digər güləşçi hesabda önə çıxıb. Əzmkarlıq nümayiş etdirən Cəbrayılın son saniyələrdəki uğurlu fəndi həlledici olub və yığma üzvünü finala daşıyıb. Hacıyev həlledici görüşdə tam üstünlüklə türk həmkarına qalib gələrək komandamıza 3-cü qızıl medalı qazandırıb.
Fuad Mayılov təsnifat mərhələsində alman rəqibinə uduzub. Almaniya idmançısı finaladək irəliləyib və Mayılov 3-cü yeri tutmaq şansı yaranıb. Ancaq Fuad iyunun 30-da keçirilən təsəlliverici görüşdə türk həmkarıyla da bacarmayıb.
Abdulcəlil Şabanov 1/8 finalda rusiyalı həmkarına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Şabanov iyunun 30-da təsəlliverici görüşə çıxıb və gərgin mübarizə şəraitində keçən görüşdə Ukrayna idmançısına minimal fərqlə uduzub.
Mübarizəyə 1/4 finaldan qoşulan Aydın Əhmədov Macarıstan güləşçisinə sonuncu xal prinsipinə əsasən qalib gəlib. Əhmədov yarımfinalda Ukrayna idmançısından da güclü olub və finala yüksəlib.
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...