Partlayışın səbəbi açıqlandı - Rəsmi

12:10 05-07-2021 | icon 1877
Partlayışın səbəbi açıqlandı - Rəsmi

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Xəzər dənizindəki partlayışla bağlı açıqlama verib.

“Qafqazinfo”ya danışan Baş direktor partlayışın vulkan püskürməsi ilə əlaqədar olduğunu deyib:

“Bu partlayışa səbəb ancaq vulkan ola bilər. Çünki heç bir quyuda, platformada, gəmilərdə qəza, partlayış baş verməyib. Bu Xəzərdəki palçıq vulkanlarının əlamətidir ki, püskürməsi nəticəsində alov görünüb və 20-30 saniyə çəkib”.

 

Q.Yetirmişli partlayışın hər hansı neft, qaz kəmərində olmadığını da bildirib:

“Əgər elə bir şey olsaydı, SOCAR açıqlama verərdi. Oradan da bildirildi ki, qəza baş verməyib”.

Baş direktor palçıq vulkanın püskürməsi zamanı alovun hündürlüyü ilə bağlı suala isə belə cavab verib:

“Bu hələ tez sönüb. Lökbatan, Şəxzəyirli palçıq vulkanları dəqiqələrlə çəkib və 100-150 metr hündürlüyə alov qalxıb. Xəzərdə çoxlu sayda palçıq vulkanları var və bu da onun əlamətidir”.


Digər xəbərlər

0.27782201766968