Sosial şəbəkələrdə “patı” satan 9 nəfər saxlanıldı - Video

12:27 06-07-2021 | icon 2296
Sosial şəbəkələrdə “patı” satan 9 nəfər saxlanıldı - Video

Sosial şəbəkələrdə narkotik vasitələr olan “patı”, “şüşə” adlanan psixotrop maddələr satan 9 nəfər saxlanılıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 30 kiloqramdan artıq metamfetamin, o cümlədən  4778 ədəd psixotrop tərkibli həb aşkar edilib.

Suraxanı rayonunda əvvəllər məhkum olunmuş Abdul Çopurov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqramdan artıq heroin, 4 kiloqram 70 qram narkotik vasitə istifadəçiləri arasında “patı”, “şüşə” kimi adlanan psixotrop maddə “Metamfetamin” və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.


Digər xəbərlər

0.28859806060791