İnteqrqasiya prosesləri üçün hüquqi və mənəvi zəmin yaradan Bəyannamə

11:58 07-07-2021 | icon 2087
İnteqrqasiya prosesləri üçün hüquqi və mənəvi zəmin yaradan Bəyannamə

Hər bir Azərbaycan vətəndaşı Türkiyə Cümhuriyyətinin Prezidenti cənab RəcəbTayyib
Ərdoğanın Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya rəsmi səfərini çox səbirsizliklə
gözləyirdi.Nəhayət, hamımızı sevindirən cənab Rəcəb Tayyib Ərdoğanın bu ziyarəti 15 iyun
2021-ci il tarixdə gerçəkləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əziz
qardaşını - Azərbaycan xalqının çox sevdiyi cənab Rəcəb Tayyib Ərdoğanı bütün türk dünyası
üçün müqəddəs olan qədim Şuşa şəhərində qarşıladı. Həmin gün-15 iyun 2021-ci il tarixdə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Respublikasının
Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında siyasi, iqtisadi, ideloji, humanitar və qarşılıqlı hərbi əməkdaşlıq
haqqında Şuşa Bəyannaməsi imzalandı. Şuşa Bəyannaməsi təkcə iqtisadi və humanitar
prinsiplərinə görə erməni əsilli Azərbaycan vətəndaşları üçün etibarlı,dayanıqlı maddi təminatı
olan ən əsası təhlükəsiz gələcəyi olan bir həyatın qarantı deməkdir.İndi Qarabağda yaşayan
erməni əsilli Azərbaycan vətəndaşları üçün tarixi şans yaranmışdır. Hər bir normal düşüncəli
Azərbaycan vətəndaşı olan erməni özünü Azərbaycan cəmiyyətinin bir fərdi hesab etməli,
tədricən Azərbaycan cəmiyyətinə inteqrasiya olunmağa başlamalidır.Ermənistan iqtisadi və
hərbi cəhətdən çökmüş,ideloji cəhətdən xaos bataqlığında çabalayan,xeyir və şərini görməyən
bədbəxt bir ölkədir. Vaxtilə özlərindən olan ,onlara doğru yol göstərən erməniləri ya qətlə
yetirdilər, ya da hakimiyyətdən devirdilər. Nəticəsi göz qabağındadır.Başqa dövlətlərin əllərində
maşa olmaları da onlara yalnız fəlakət və bədbəxtlik gətirmişdir.Bu da göz
qabağındadır.Qarabağ ermənilərinin Ermənistan cəmiyyəti içərisində marginallaşması prosesi
sürətlə artır.Hazırda Ermənistanda yaşayan və erməni cəmiyyətində kifayət qədər nüfuzlu
şəxslərdən olan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan,o vaxtlar Ermənistanın
xarici işlər naziri işləmiş Jirayr Liparidyan, erməni blogerlər:Roman Baqdasaryan, İşxan
Verdiyan, Edqar Xaçaturyan, hüquq müdafiəçisi Vartan Arutyunyan və başqaları kifayət qədər
uzaqgörənlik göstərərək ermənilərə müharibə ritorikalarından əl çəkməyi, Azərbaycanla
normal və ədalətli qonşuluq münasibətləri qurmaq prinsiplərini təklif edirdilər. Onlar
Azərbaycanın işğalçı Ermənistan tərəfindən zəbt edilmiş ərazilərinin geriyə qaytarılması
tələbini irəli sürürdülər.Hazırda bu ideyanı Ermənistanın Baş Naziri Nikol Paşinyan da müdafiə
edir. Nikol Paşinyanın da Azərbaycanla Sülh Müqaviləsi imzalamaq kimi fikirləri tez-tez
erməni cəmiyyətində dolaşmaqdadır. Sülh Müqaviləsinin bağlanması Ermənistanın yeganə
xilas yoludur.Böyük bir siyasətçinin təbrincə desək: “Ən pis sülh, müharibədən yaxşıdır”.Necə
deyərlər :”Ziyanın yarısından qayıtmaq da xeyirdir” Lakin Azərbaycan Prezidenti cənab İlham
Əliyev Ermənistana normal və ədalətli sülh təklif edir: “Ermənistan Azərbaycanın ərazi
bütövlüyünü tanımalıdır”Vəssalam!!! Başqa, bütün məsələləri isə danışıqlar yolu ilə həll etmək
mümkündür. Qardaş Türkiyə də Azərbaycanın haqlı mövqeyini birmənalı olaraq müdafiə
edir.Bu mövqe tamamilə dövlətlərarası Beynəlxalq münasibətlərə və qanunlara əsaslanır.
“Sülh Müqaviləsinin” gerçəkləşəcəyi təqdirdə bölgədə tərəqqi və inkişaf ,inteqrasiya və
qarşılıqlı etimad öz töhfəsini verəcəkdir!
Abbasov Arif,
Saatlı rayon V.Əzimov adına Qıraqlı kənd tam orta məktəbinin
direktoru


Digər xəbərlər

0.22912096977234