Şamaxıda Olimpiada təmsilçimiz Asif Şirəliyevlə bağlı tədbir - Fotolar

23:15 12-07-2021 | icon 1593
Şamaxıda Olimpiada təmsilçimiz Asif Şirəliyevlə bağlı tədbir - Fotolar

23 iyul- 8 avqust tarixlərində Yaponiyanın Tokiyo şəhərində keçiriləcək XXXII Yay Olimpiya oyunlarında Dünya Güləş Birliyinin qərarına əsasən, sərbəst güləş üzrə beynəlxalq dərəcəli hakim, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şirəliyev Asif Yusif oğlu hakim təyin edilib.

Bu münasibətlə Şamaxı Olimpiya Mərkəzində təşkil olunmuş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam xanım Cəfərova və digər rəsmi qonaqlar, eləcə də rayonun idman ictimaiyyətinin nümayəndələri və gənc idmançılar iştirak ediblər.

Tədbirdə çıxış edən icra başçısı Tahir Məmmədov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan geniş söhbət açaraq XXXII Yay Olimpiya oyunlarında ölkəmizi 14 idman növü üzrə təmsil edəcək 44 idmaçıya, həmçinin bu oyunlarda hakim kimi çıxış edəcək Asif Şirəliyevə uğurlar arzulayaraq ona öz ədalətli qərarları ilə dövlətimizi layiqincə təmsil edəcəyinə əminliyini ifadə edib.

 

Milli Məclisin deputatı Tamam Cəfərova əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər və idman siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Digər çıxış edənlər - MMA liqasının prezidenti Kənan Məmmədov, veteran idmançı Hacıbaba Şıxıyev, rayon gənclər və idman idarəsinin rəisi Şahmar Hüseynov və məşqçi Alxas Məmmədov Olimpiya oyunlarında hakim qismində çıxış edəcək  Asif Şirəliyevi təbrik edərək ona uğurlar arzulayıblar.

Yekunda çıxış edən Asif Şirəliyev Dünya Güləş Birliyi tərəfindən ona göstərilmiş bu etimadı ədalətli qərarları ilə doğruldacağını, ölkəmizi bu yarışlarda layiqincə təmsil edəcəyini bildirib.

 

 





Digər xəbərlər

0.25320887565613