Qurban bayramı xeyirxahlıq, şəfqət və mərhəmət bayramıdır

12:17 13-07-2021 | icon 1751
Qurban bayramı xeyirxahlıq, şəfqət və mərhəmət bayramıdır

Qurban bayramı İbrahim peyğəmbərin adı ilə bağlıdır. Qurban bayramı
günü insanlar Allaha dualar edir, imkansızlara əl tuturlar. Qurban bayramı
günü heyvan kəsmək İbrahim peyğəmbərin həyatında baş vermiş bir
əhvalatla bağlıdır. Rəvayətə görə, Allah ona əmr edir ki, oğlu İbrahimi ona
qurban gətirsin. Peyğəmbər Allaha məhəbbətini ifadə etmək üçün buna
razılaşır. İsmayıl özü də qurban olmağa hazır idi. Bu haqda Quranda da
yazılmışdır. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib
kasıblara paylamalıdır. Allah yolunda kəsdiyimiz qurbanlar yeri gələndə
onun yolunda hər şeyimizi fəda etməyə hazır olduğumuzu göstərir. Beləcə,
lazım gələrsə vətən və müqəddəs dəyərlər uğrunda qurban olmağı öyrənir
və öyrədirik. Bayram günü hər kəs öz böyüklərini və yaxınlarını təbrik edir,
xoş sözlər söylənir, qurban payları verir, kasıbların qazanı qaynayır,
uşaqların üzü gülür. Ölkəmizdə də bu bayram sovetlər dövründə gizli
şəkildə qeyd olunurdu. Müstəqilliyimizin memarı, ulu öndər Heydər Əliyev
tərəfindən müəyyən edilmiş siyasət nəticəsində xalqımız qurban bayramını,
eləcə də digər bayramları yüksək səviyyədə qeyd edir. Prezidentimiz İlham
Əliyev də Azərbaycan xalqına müraciətində bildirir ki, Qurban mərasimi
Uca Yaradana məhəbbət və itaət, yüksək əxlaqi-mənəvi dəyərlərə hörmət
rəmzidir. Qurban bayramının xeyirxahlıq, şəfqət və mərhəmət bayramı
olduğunu xatırladan Prezidentimiz Azərbaycan xalqına, dünyanın müxtəlif
guşələrində yaşayan soydaşlarımıza bayram təbriklərini çatdırır, onların
Qurban bayramını təbrik edir.
Orxan Məmmədov,
Saatlı rayon gənci


Digər xəbərlər

0.2453498840332