“Neftçi” “Dinamo” ilə matçın biletlərinin gəlirini “YAŞAT”a köçürəcək
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyununun biletləri satışa çıxarılıb.
Qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərsiz. Kassalar saat 21:00-dək işləyəcək.
“Neftçi” bu oyunun biletlərinin satışından əldə olunacaq vəsait Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum olan Qarabağ Dirçəliş Fondunun və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fondunun hesabına köçürüləcək.
Xatırladaq ki, iyulun 14-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu saat 21:00-da başlayacaq.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...