“Neftçi” “Dinamo”ya qarşı

10:19 14-07-2021 | icon 1742
“Neftçi” “Dinamo”ya qarşı

Azərbaycan çempionu “Neftçi” bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) növbəti matçına çıxacaq.

Paytaxt təmsilçisi ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) komandasını qəbul edəcək.

Bu komandalar arasında səfərdə baş tutan ilk oyun “ağ-qaralar”ın qələbəsiylə yekunlaşıb – 2:1. Bu üzdən Bakı klubuna mərhələ adlamaq üçün heç-heçə də sərf edir.

 

“Bakcell Arena”da baş tutacaq oyunu azarkeşlər də tribunadan izləyə biləcək. Son 9 avrokubok görüşünü qolsuz tərk etməyən “ağ-qaralar”ın bu dəfə də rəqib qapısına yol tapacağı istisna olunmur.

UEFA Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

14 iyul

21:00. Neftçi - Dinamo (Tiflis)

Baş hakim: Dumitru Muntean (Moldova).

Bakı. “Bakcell Arena”.


Digər xəbərlər

0.27920508384705