Tanınmış idmançının rütbəsi artırıldı

13:57 14-07-2021 | icon 2007
Tanınmış idmançının rütbəsi artırıldı

Vətən müharibəsində könüllü iştirak edən “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü, polis zabiti Bəxtiyar Abbasovun rütbəsi vaxtından əvvəl artırılıb.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Vətən müharibəsində könüllü iştirakına görə baş-leytenant B.Abbasova kapitan rütbəsi verilib.

 

Qeyd edək ki, tanınmış idmançı Xocavənd və Cəbrayıl istiqamətlərində döyüşüb. O, 2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif olunub, 2018-ci ildə isə Azərbaycanda qeyri-olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Prezidentin fəxri fərmanına layiq görülüb.

Xatırladaq ki, B.Abbasov Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkilidir.


Digər xəbərlər

0.35968899726868