Sabah 37 dərəcə isti olacaq
İyulun 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26 isti, gündüz 31-36 isti, Bakıda gecə 23-25 isti, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 32-37 isti, dağlarda gecə 11-16 isti, gündüz 20-25 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Aprelin son günü 32° isti olacaq
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...