Gənc yazar intihardan əvvəl qapıya iki ürək şəkili yapışdırıb – FOTO
Xəbər verildiyi kimi, gənc yazar Mövlud intihar edib. O, özünə qıymazdan əvvəl ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzilə gəlib. Qonşuların dediyinə görə, Mövlud uzun müddət imiş ki, tək yaşayırmış. Həmin gün də evə tək gəlib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, yaşadığı mənzilin qapısına iki ürək şəkili vuran gənc yazar daha sonra yaxınlıqdakı 17 mərtəbəli binaya gedib.
Binanın mühafizə xidmətində çalışan şəxslər deyir ki, həmin saatda binaya girən şəxsi görməyiblər. Ancaq saat 2 radələrində binanın yuxarı mərtəbələrindən birindən yerə nəsə düşdüyünü görüblər. Binanın qarşısına yaxınlaşadıqdan sonra hadisənin intihar olduğunu biliblər.
Mərhumun meyiti hadisə yerindən aparılarkən cibindən düşən bəzi əşyaları orada qalıb.
Gənc yazarın kirayədə yaşadığı mənzilinin açarı, xırda pul əsginasları və alışqanı hadisə yerində qalıb. Mühafizəçilər həmin əşyaları aidiyyəti üzrə təhvil vermək üçün saxladıqlarını deyirlər.
E.Ə.
-
Hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb
...
-
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur
...
-
Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır
...
-
COP29-un əhəmiyyəti
...
-
Türk dünyasının birliyinə mühüm töhfə olan Azərbaycan-Qırğızıstan münasibətləri
...
-
Qonşuluq əlaqələrinin gücləndirilməsi davam etdirilməlidir
...
-
Qlobal səylərə sadiqlik
...
-
Açıq söz, əsaslı dəlillər
...
-
Sülh sazişinin imzalanması uzaqda deyil
...
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...