“Neftçi”nin potensial rəqibi bilindi

15:23 19-07-2021 | icon 2036
“Neftçi”nin potensial rəqibi bilindi

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

 

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizi turnirində təmsil edən "Neftçi"nin də 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşib.

"Ağ-qaralar" 2-ci mərhələdə Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə qarşılaşacaq. "Neftçi" ilk matçını evdə oynayacaq.

Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə iyulun 28-də Bakıda keçirəcək. 3-cü təsnifat mərhələsinin görüşləri isə 3-4 və 10 avqustda oynanılacaq.


Digər xəbərlər

0.3529839515686