Gömrük Komitəsi ləğv olunmalıdır - Qurum böyük monopolistlərə qulluq edir

22:44 20-07-2021 | icon 1839
Gömrük Komitəsi ləğv olunmalıdır - Qurum böyük monopolistlərə qulluq edir

Gün ərzində Azərbaycan Respublikasında onlarla, bəlkə əd yüzdən artıq MMC və ya fiziki şəxs kimi fəaliyyət göstərən sahibkar fəaliyyətini dayandırır. Ölkədə kiçik sahibkarlığı tamamiilə məhv edirlər. Burada əsas rol Dövlət Gömrük Komitəsinin üzərinə düşür. Bu qurum böyük monopolistlərə qulluq edir. Monopolistin yükü dərhal rəsmiləşdirilir. Kimsəsiz kiçik sahibkarın isə yükünü gömrük aylarla pullu ambarlarda saxlatdırır. Məcbur edirlər ki, bəyannamə qiymətini qaldırsın. Öz xoşu ilə dərhal bəyannamə qiymətini qaldırmayan sahibkarın yükünü müxtəlif bəhanələrlə aylarla saxlayırlar pullu ambarlarda. Həmin ambarlar da yüksək vəzifəli məmurlara məxsusdur. Sahibkar 1000 manatlıq mal gətirir ona 2000-3000 manat ambar pulu ödətdirirlər. Özüdə pulu nəğd alırlar. Bank köçürməsi ilə qəbul etmirlər. Qəbz vermirlər. Ambarlarda hec bir şərait yox, antisanitariya baş alıb gedir. Anbarların çoxunun hec lisenziyası da yoxdur. Ən vicdansız gömrük orqanı isə Hava Nəqliyyatında Baş Gömrük İdarəsidir. Orada bir idmançı-güllə atan var Pərviz adında İdarə rəisidir. İQ dərəcəsi cox aşağıdır. Sahibkarlara qənim kəsilib. Aeroportdakı «Ambar Tofiq»in təşkilatçılığı ilə sahibkarların yükünün üzərində gələn sənədləri saxtakarlıqla dəyişdirərək onları ya rüşvət ödəməyə, ya da bəyannamə qiymətlərini qaldırmaga məcbur edirlər. Əsl çinayətkar qruplaşmadır, reket dəstəsidir. Yıgılan dövlət rüsumları sonradan gömrükçülərin maaş kartlarına mükafat kimi keçirilir. Ölkədə qiymətlər buna görə qalxır. Sahibkarların şikayətlərinə baxılmır. Məhkəmələr də gömrüyün təsiri altındadır. Gömrükçülərlə bəzi məhkəmə sədrlərinin qohumluq əlaqələri var. Hamısı qarşılıqlı olaraq biri birini qoruyur. Bəzi hakimlər isə dövlət orqanına qarşı qərar qəbul etməyə qorxurlar, cəsarətləri catmır. Bəzi hakimlər açıb Gömrük Məcəlləsini oxumağa ərinirlər. Buna görə sahibkarın iddiasını rədd edirlər. Rədd qərarını yazmağa nə var ki ! Apellyasiya şikayətinin də mənası yoxdur. Ordakıların da İQ-sü aeroportda gömrükdəki idarə rəisi Pərvizin səviyyəsindədir. Sahibkarlardan biri Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin qanunsuz əməllərinə etiraz edərək özünü prezident aparatının qarşısında yandırmağa məcbur olmuşdu. Bir dəstə sahibkar isə Nazirlər Kabinetinin qarşısına çıxmışdı. Amma nə mənası var? Tapşırıq verilib ki, kiçik sahibkarlıq məhv edilməlidir. Yalnız monopolistlər mal gətirə bilər. Gömrükçülərin başı pul qazanmağa qarışıb. Narkotika ölkəni basıb. Qarşısını alan yoxdur. Gömrükçülərin bu qanunsuz oyunlarına son qoyulmalıdır. Gömrük Komitəsi ləğv olunmalıdır. Sistem tamamilə dəyisdirilməli və Komitənin bazasında xalqa xidmət edən Gömrük Xidməti yaradılmalıdır. (Kanal Turan)


Digər xəbərlər

0.25364685058594