“Qarabağ” İsrail klubu ilə bərabərə qaldı

22:07 22-07-2021 | icon 1538
“Qarabağ” İsrail klubu ilə bərabərə qaldı

“Qarabağ” bu gün Avropa Konfrans Liqasında ilk oyununa çıxıb.  Azərbaycan təmsilçisi 2-ci təsnifat mərhələsi çərçivəsində İsrailin “Aşdod” komandası ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma Ağdam klubunun üstünlüyü şəraitində keçib. Matçın 83-cü dəqiqəsində isə qırmızı vərəqə alan Maksim Medvedev təmsilçimizi azlıqda qoyub. 90 dəqiqənin tamamında qapılara qol vurulmayıb - 0:0.

Bu komandalar arasındakı cavab oyunu iyulun 29-da İsraildə keçiriləcək.

 

Avropa Konfrans Liqası

2-ci təsnifat mərhələsi

22 iyul

20:00. Qarabağ - Aşdod - 0:0 

Baş hakim: Sergey Boyko (Ukrayna).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Tural Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 20. Kadi Malinovski, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Aşdod: 1. Yoav Jarafi, 3. Gil Kohen, 5. Nenad Çvetkoviç, 6. Feras Abu Akal, 11. Lior Einbrom, 13. Montari Kamaheni, 15. Tom Ben Zaken (k), 23. Martin Rainov, 71. David Roi Nyenque, 77. Yakov Brihon, 99. Oz Bilevi.

Ehtiyat oyunçular: 90. Roi Mişpati, 9. Şalev Haroş, 10. Mussa Baqayoko, 12. Bar Netanel, 14. Yoni Sisay, 16. Zohar Zasano, 18. Guy Dahan, 26. Abdul Muqesse Zakariya, 30. Navaf Bzeya, 55. Naor Sabaq, 66. Nir Migel Hassan.

Baş məşqçi: Ran Ben Şimon.


Digər xəbərlər

0.35769295692444