“Tokio-2020”də daha 19 nəfərdə koronavirus aşkarlandı

09:54 23-07-2021 | icon 1540
“Tokio-2020”də daha 19 nəfərdə koronavirus aşkarlandı

Rəsmi açılış mərasimi bu gün baş tutacaq Tokio Olimpiadasının daha 19 iştirakçısında koronavirus qeyd alınıb.

Bu barədə Oyunların təşkilat komitəsi məlumat yayıb.

Bildirilib ki, onlardan üçü Atletlər kəndində yaşayan rezidentlərdir.

 

Qeyd edilir ki, COVID-19 virusunun aşkar edildiyi şəxslərdən üçü əcnəbi idmançı, üçü əcnəbi jurnalist, 10-u Olimpiya nümayəndə heyətinin üzvü və daha üçü müqavilə ilə işləyən əməkdaşlardır.

Beləliklə, iyulun 23-dək olan məlumata görə Olimpiya Oyunları ilə birbaşa əlaqəli olan şəxslər arasında koronavirusa yoluxanların sayı ümumilikdə 110 nəfərə çatıb.

Onlardan 56-sı Yaponiya sakini, 54-ü isə əcnəbidir. Həmçinin, bildirilir ki, virusa yoluxanlar arasında 13 idmançı, 8 KİV nümayəndəsi və bir könüllü var. Onlardan yalnız 12-si Atletlər kəndində yaşayır.

Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Tokio Olimpiadası koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınıb. Bu gün rəsmi açılış mərasimi keçiriləcək Olimpiya Oyunları avqustun 8-də başa çatacaq. Açılış mərasimində təqribən 950 nəfərin iştirak edəcəyi gözlənilir.


Digər xəbərlər

0.26477408409119