Şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir

15:14 23-07-2021 | icon 1435
Şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunun
Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim
olunmasında iştirak edib.
Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevə 810 mənzilli
yaşayış kompleksi barədə məlumat verdi. Burada 15 ədəd doqquzmərtəbəli bina inşa olunub.Bu
dəfə 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olunur.
Hazırda dünyada pandemiyanın davam etməsinə baxmayaraq ,Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə
təxirə salımayıb.Əksinə,ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası
genişləndirilib,əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqmətində genişmiqyaslı
işlər görülür.İcra olunan sosial xarakterli laihələr arasında şəhid ailələri və müharibə əlillərinin
sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir.Xocasən qəsəbəsində şəhid
ailələri və müharibə əlillərinin mənzillərin və avtomabillərin təqdim olunması bunu bir daha
təsdiqləyir.
Müharibə əlillərinin sosial şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində çox mühüm
işlər görülüb.Bu işlər sırasında onların avtomabillə təmin olunmasına xüsusi diqqət
yetirilir.7200 müharibə əlili avtomabillə təmin olunub.İlham Əliyevə şəhid ailələri və müharibə
dövründə sosial dəstək,məşğulluq,mənzil,fərdi ev və avtomabil təminatı istiqamətində görülən
işlər barədə məlumat verildi.Sonra Prezident İlham Əliyev şəhid ailəlirinin üzvləri və müharibə
əlilləri ilə görüşdü.Dövlətimizin başçısı görüşdə çıxış etdi.İkinci Qarabağ müharibəsində bizim
planlarımız tam yerinə yetirildi.İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.Bu şanlı
Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq.

İbrahimova Leyla,
Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.18923902511597