Milli Azərbaycan mətbuatının yaranması və inkişafı

15:24 23-07-2021 | icon 1853
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı

XIX əsrin ikinci yarısında dünyanın bir sıra ölkləri üçün dövri mətbuat anlayışı çoxdan mövcud
idi.Artıq bu ölkələr mətbuat sahəsində bir çox yeniliklərə imza atmışdılar.Lakin Azərbaycanda
mətbuat sahəsində vəziyyət durğun idi.Hələ də milli mətbuatımız yaranmamışdı.Ancaq bu
sahədə dövrün ziyalıları azda olsa fəaliyyət göstərməyə başlamışdılar.
Azərbaycan milli mətbuatının yaradılması 1875 ci il 22 iyulda fəaliyyət başlayan Həsən bəy
Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə bağlıdır.Kövrək addımlarını atan Azərbaycan milli
burjuaziyasının və dövrün görkəmli şəxslərinin səyləri ilə XIX əsrin ikinci yarısında maarifçilik və
mətbuat inkişaf etməyə başladı.Əkinçi qəzetinin fəaliyyət göstərdiyi müddət ərzində ana dili
yavaş-yavaş inkişaf etməyə başladı və özünün yeni mərhələsinə qədəm qoydu.Milli mətbuatın
yaranmasında və inkişafında Həsən bəy Zərdabinin,Mizə Fətəli Axundovun,Seyid Əzim
Şirvanin,Nəcəf bəy Vəzirovun,Əsgər ağa Goranin və bir çox maarifçi ziyalılarmızın rolu olmuşdur.
İki ildən bir qədər artıq müddət fəaliyyət göstərən “Əkinçi”qazeti çap senzurasının artan
təqibləri nəticəsində 1877 -ci ilin 29 sentyabr tarixində öz fəaliyyəti
dayandırdı.”Əkinçi”qəzetinin bağlanmasında azərbaycanlı əhaliyə qarşı düşmən münasibəti ilə
seçilən yeni Bakı qubernatoru Ruzinin də rolu vardır.Qəzetin 1875-ci ildə 12,1876-ci ildə 24,
1877-ci ildə 20 sayı,ümumilikdə isə 56 sayı işıq üzü görmüşdür.
“Əkinçi” qəzetinin bağlanmasından sonra Azərbaycan mətbuatında bir çox irəlləyişlər müşahidə
edilməyə başladı.Bu irəlləyişlər bir çox qəzet və jurnlarda öz əksini tapdı.Bunlardan 1879-cu ildə
fəaliyyətə başlayan və 104 nömrəsi çıxan “Ziyayi-Qafqaziyyə, 1883-1891-ci illərdə Tiflisdə
fəaliyyət göstərən “Kəşkül” qəzeti və jurnalı, 1881-1919-cu illərdə fəaliyyət göstərən “Kaspi
“qazeti,1903-cü ildə ilk Azərbaycan dilli qəzet olan “Şərqi-Rus”qəzeti və.s. 1906-cı ildə Cəlil
Məmmədquluzadənin redaktorluğu ilə Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı
“Molla Nəsrəddin” işıq üzü gördü.”Molla Nəsrəddin”jurnalı 1906-1918-ci illərdə Tiflisdə,1921-ci
ildə Təbrizdə,1922-1931-ci illərdə Bakıda nəşr edilib.Ana dilinin saflığı uğrunda mübarizə aparan
“Molla Nəsrəddin” jurnalı dövrün bir çox eybəcərliyini satira və tənqid atəşinə
tuturdu.Ümumlikdə “Molla Nəsrəddin “jurnalının 748 nömrəsi işıq üzü görüb.
Sovet hakimiyyəti dövründə mətbuat üzərində çox ciddi nəzarət və senzura var idi.Bu dövrdə
mətbuatın mövzusu,Sosializm ideyaları,şəxsiyyətə pərəstiş və əməyə məhəbbət idi.Yazılan hər
bir yazı əvvəlcədən senzuradan keçirdi.Əgər müstəqillik idealarına aid və sosializmdən bəhs
etməyən yazı meydana çıxırdısa,dərhal qadağan olunurdu,müəllifi isə ciddi təqiblərə məruz
qalırdı.
Azərbaycan xalqının dirçəliş dövrü kimi tarixdə qalan 1989-cu ildə “Azərbaycan”qəzeti
yaradıldı.1989-cu il 4 avqust tarixində “Səhər”qəzeti,1989-cu ilin 24 dekabrında isə
“Azadlıq”qəzeti işıq üzü gördülər.Həmin bu qəzetlər müstəqil mətbuatmızın qaranquşları hesab
edilir.1990-cı ildə “Zerkalo”,”Səs”,1991-1992-ci illərdə “İki Sahil”,”525”-ci qəzet,”Yeni
Azərbaycan” qəzetləri nəşr olunmağa başladı.

1998-ci ilin avqust 6-da Ümummilli lider Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla
Azərbaycanda mətbuat üzərindəki senzura götürüldü.1999-cu ildə Kütləvi İnformasiya Vasitələri
haqqında Azərbaycan Respublikasının qanunu qəbul edildi. Prezident İlham Əliyevin 31 iyul
2008-ci il tarixli Sərəncamı ilə ”Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin
(KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası təsdiq olunmuşdur. 22 may 2009-cu ildə
konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Hazırda 4500-ə yaxın mətbuat
orqanı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Azərbaycan Respublikasının Prezidentinin
sərncamı ilə 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.Bu il mətbuatmızın
yaranmasından 146 il keçir.

Zahidov Zahid,
Saatlı rayon İ.Əliyev adına Hacıqasımlı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi


Digər xəbərlər

0.2999541759491