Basdırılmış minalar insan həyatı üçün təhlükə mənbəyidir

17:19 23-07-2021 | icon 1827
Basdırılmış minalar insan həyatı üçün təhlükə mənbəyidir

44 günlük Qarabağ müharibəsindən doqquz aya yaxın bir müddət keçir.
Qarabağ ərazisində yaşanan ən ciddi problem basdırılmış minalardır. Bu
insan həyatı üçün təhlükə mənbəyidir. Ermənistanın özünün də imza atdığı
Cenevrə Konvesiyasına görə hərbi cinayətdir. Azərbaycan 10 min
kvadratkilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən
qurmalıdır. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan
- 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak
olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. İkinci
Qarabağ müharibəsi zamanı Ermənistan digər müharibə cinayətləri də
törədib. Onlar bizim şəhər və kəndlərimizi qadağan olunmuş sursatlarla, o
cümlədən ağ fosforlu mərmilərlə atəşə tutublar. Bu, sübuta yetirilmiş faktdır.
Bizim şəhər və kəndlərimizə qarşı “SCUD”, “Toçka-U” və “İsgəndər-M” tipli
ballistik raketlərdən istifadə olunub və həmin müharibə cinayətləri
nəticəsində 100-dən artıq dinc sakin qətlə yetirilib. Türkiyəli mütəxəssislər
minalanmış ərazilərin təmizlənməsində Azərbaycana güclü kömək göstərir.
Bu, çox ağır bir prossesdir. Burada tank, piyada və nəqliyyat əleyhinə
minalardır. Ən təhlükəlisi odur ki, bu minalar partlamamış minalardır. Bu
minaların təmizlənməsinə həm kifayət qədər vaxt, eyni zamanda külli
miqdarda vəsait tələb olunur. Azərbaycan dövləti müharibə yekunlaşan kimi
minatəmizləmə işlərinə başlayıb. Bu məqsədlə əlavə hərbi hissələr
yaradılıb. Müharibənin törətdiyi bütün çətinliklərin, maneələrin öhdəsindən
Azərbaycan dövləti mütləq gələcəkdir. Biz vətəndaş olaraq buna inanırıq.
Dövlətimizin gücünə bələdik, rəhbərimizin güclü iradəsi bunu deməyə əsas
verir. Məcburi köçkünlərin doğma yurd-yuvasına qayıtması prossesi tezliklə
baş tutacaq. Bu prossesin tezliklə baş verməsi üçün gözləməyə vaxtımız
yoxdur. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra qarşısına
qoyduğu bütün işlərin öhdəsindən layiqincə gəlib. İnanırıq ki, erməni
vandalları tərəfindən basdırılmış minalar da tezliklə təmizlənəcək.

Bəylər Əliyev,
Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru


Digər xəbərlər

0.25498104095459