Namik Ələsgərov əməliyyat olundu

10:42 24-07-2021 | icon 1270
Namik Ələsgərov əməliyyat olundu

"Neftçi"nin zədəli futbolçusu Namik Ələsgərov əməliyyat olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurla başa çatıb.

 

Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Olimpiakos" - "Neftçi" görüşünün (1:0) 43-cü dəqiqəsində rəqib futbolçusu Medi Kamara Namikə qarşı kobud oynayıb. Burnundən zədə alan "Neftçi"nin qol "silah"ı meydanı qan içində tərk edib. Onu Mirabdulla Abbasov əvəzləyib. "Olimpiakos"un qolunun müəllif olan Kamara isə qırmızı vərəqə ilə meydandan qovulub. Daha sonra Namikin burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar aşkarlanıb.


Digər xəbərlər

0.28924202919006