Abel Məhərrəmovun şərab taciri olan oğlu səfir təyin olundu

14:29 27-07-2021 | icon 2177
Abel Məhərrəmovun şərab taciri olan oğlu səfir təyin olundu

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Anar Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun oğludur. O, 2016-2021-ci illərdə Azərbaycanın İspaniyadakı səfiri vəzifəsində çalışıb.

Xatırladaq ki, 2018-ci ilin noyabr ayının 3-də geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşmüşdü.

Həmin zaman A.Məhərrəmov və onun səfir oğlunun şərab biznesinə aid çəlləkləri İspaniyaya aparması böyük qalmaqala səbəb olmuşdu.

Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə bağlı yerli mediada da maraqlı araşdırma aparılmışdı. Məlum olmuşdu ki, A.Məhərrəmov 2016-cı ildən İspaniyaya səfir təyin edildikdən sonra bu ölkədə Azərbaycan şərablarının satışı ilə də məşğul olurmuş. Belə ki, səfir İspaniyada Azərbaycan, Azərbaycanda isə İspaniya şərablarının satışı üzrə monopoliyanı öz üzərinə götürüb. Səfir 2 ölkə arasında bu işlə məşğul olan digər biznes tərəfdaşlarına mane də olurmuş. Anar Məhərrəmov səfirlik dövründə Madriddə Azərbaycan şərablarının satışını həyata keçirən mağazaların da açılışını edib.

 


Digər xəbərlər

0.27607798576355