İlham Əliyev Ərdoğana başsağlığı verdi

15:52 13-08-2021 | icon 2279
İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. 

Məktubda deyilir:

"Əziz Qardaşım,

 

Kastamonu, Sinop və Bartında baş vermiş sel fəlakəti nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Qeyd edək ki, Türkiyənin Kastamonu, Bartın və Sinop bölgələrində iki gündür yağan güclü yağış sellə nəticələnib, 27 nəfər vəfat edib, 100-dən çox sakinin itkin düşdüyü bildirilir. 


Digər xəbərlər

0.26742601394653