Azərbaycan Premyer Liqası azarkeşlərlə keçirilə bilər

15:55 14-08-2021 | icon 1720
Azərbaycan Premyer Liqası azarkeşlərlə keçirilə bilər

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçirilə bilər.

Tribunalara arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdarın buraxılacağı gözlənilir.

Daha əvvəl bu qayda klubların avrokubok qarşılaşmalarında tətbiq olunub. Tamaşaçıların COVID-19 pandemiyası ilə əlaqədar qaydalara riayət olunması şərtilə matçları tribunadan izləmələrinə şərait yaradılıb.

İndi futbol cameəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycan Premyer Liqasının oyunlarına da azarkeşlərin buraxılacaqlarına ümid edirlər.

Qeyd edək ki, Azərbaycan çempionatında yeni mövsümə bu gün start veriləcək.


Digər xəbərlər

0.27554893493652