Azərbaycanın 3 cüdoçusu Avropa çempionu olub

01:11 18-08-2021 | icon 1984
Azərbaycanın 3 cüdoçusu Avropa çempionu olub

Latviyanın paytaxtı Riqada yeniyetmə cüdoçular arasında Avropa çempionatına start verilib.

Nüfuzlu yarışın ilk günündə Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) Avropa çempionu olub. Rəhimov finalda Rusiyanı təmsil edən erməni əsilli idmançı Samvel Mxitaryanı məğlub edib. Aydın Rzayev (60 kq) gümüş medala layiq görülüb. Daha iki cüdoçu - Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medalla kifayətlənib.

Qeyd edək ki, 37 ölkənin qatıldığı Avropa çempionatında Azərbaycanı 14 cüdoçu (10 oğlan, 4 qız) təmsil edir.


Digər xəbərlər

0.24887204170227