“Neftçi” qələbəni əldən verdi - Video
Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.
Azərbaycanı turnirdə təmsil edən "Neftçi" Bakıda Hayfa “Makkabi”si ilə qarşılaşıb. İlk hissə qonaqların 1:0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissədə isə bakılılar ardıcıl 3 qol vuraraq hesabda 3:1 önə keçib. Buna baxmayaraq, Samir Abasovun komandası matçın sonlarına yaxın qələbəni əldən verib. Ardıcıl iki qol vuran İsrail təmsilçisi hesabı bərabərləşdirib - 3:3. Oyun bu hesabla da başa çatıb.
Komandalar arasında cavab görüşü avqustun 26-da İsraildə olacaq.
Konfrans Liqası Pley-off (ilk oyun)
19 avqust 21:00.
“Neftçi” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail) - 3:3
Qol: Y.Laval, 50, 66, Emin Mahmudov, 72 - O.Atzili, 10, Tyaronn Çeri, 78, 90+6
Baş hakim: Delayod Uilli (Fransa)
Bakı. “Bakcell Arena”
Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 11. Harramiz Soares, 14. Romen Bask, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 4. Huqo Basto, 10. Sezar Meza Kolli, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov.
Makkabi: 44. Coşua Kohen, 4. Əli Məhəmməd, 5. Boqdan Planiç, 7. Omer Atzili, 10. Tyaronn Çeri (k), 12. Sun Menaxem, 14. Xose Rodriqes, 16. Məhəmməd Abu-Fani, 21. Din David, 24. Ori Dahan, 25. Yosef-Raz Meyr.
Ehtiyat oyunçular: 52. İtamar İsraeli, 77. Royi Fuks, 2. Rayan Streyn, 3. Şon Qoldberq, 6. Neta Lavi, 8. Dolev Haziza, 9. Ben Sahar, 15. Ofri Arad, 18. Yuval Aşkenazi, 26. Mahmud Caber, 33. Maor Levi, 55. Rami Gerşon.
Baş məşqçi: Barak Baxar.
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...