Qaradağda karantinə əməl etməyənlər cəzalandırılıb

10:07 24-08-2021 | icon 1854
Qaradağda karantinə əməl etməyənlər cəzalandırılıb

Qaradağ rayonu Lökbatan və Sahil qəsəbələrində bu gün səhər saatlarından başlayaraq xüsusi karantin rejiminin tələblərini pozanlara qarşı ciddi tədbirlər görülüb.

Qapalı məkanlarda və ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən vətəndaşlar maska ilə təmin olunub. Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri və polis əməkdaşları tərəfindən  sakinlərə tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Həmçinin xüsusi karantin rejiminin tələblərinə dair maarifləndirici söhbətlər aparılıb və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə, onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bu cür reydlər mütəmadi olaraq davam edəcək. Belə reydlərin keçirilməsində məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

 

 



 

Digər xəbərlər

0.24778699874878