Qaradağda şəhid doğum günündə anıldı

17:42 25-08-2021 | icon 1974
Qaradağda şəhid doğum günündə anıldı

Bu gün Azərbaycanın bölünməzliyi, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Müdafiə Nazirliyinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İsmayılzadə Səməndər Vahid oğlunun doğum günüdür. 

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin vəzifəli şəxsləri, rayon ictimaiyyət nümayəndələri, din adamları şəhidin məzarını ziyarət edib, məzarı üzərinə əklil qoyulub. 

Bundan sonra İcra Hakimiyyətinin rəhbər şəxsləri, rayon ictimaiyyət nümayəndələri, din adamları şəhidin evini ziyarət edib. Şəhid ailəsi ilə söhbət edilib, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirilib. 

 

Şəhidin anası dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirib və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və birinci Vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib. 

Qeyd edək ki, İsmayılzadə Səməndər Vahid oğlu 25.08.1990-cı il tarixində Yevlax rayonunda anadan olub. 

Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçüb. 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində iştirak edib və Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə yer alıb.

29.10.2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn olunub. Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda”,“Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. 

 

 


Digər xəbərlər

0.27759313583374