“Qarabağ” Şotlandiya səfərində

15:36 26-08-2021 | icon 1676
“Qarabağ” Şotlandiya səfərində

“Qarabağ” bu gün Avropa Konfrans Liqasında növbəti matçına çıxacaq.

Qurban Qurbanovun çalışdırdığı kollektiv Şotlandiyada “Aberdin”lə qarşılaşacaq. Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisinə mərhələ adlamaq üçün heç-heçə də sərf edəcək.

Son 7 ildə bir dəfə Çempionlar Liqası, altı dəfə Avropa Liqasının qrupunda oynayan “Qarabağ” uğurlu seriyasını davam etdirməyə çalışacaq.

 

Avropa Konfrans Liqası

Pley-offun cavab oyunu

26 avqust

22:45. “Aberdin” – “Qarabağ”

Baş hakim: Harald Lexner (Avstriya).

Aberdin. “Pittodri” stadionu

İlk oyun – 0:1.


Digər xəbərlər

0.23978996276855