Nömrəsini BNA kamerasından gizlətmək istəyən sürücü görün nə etdi - 10 AA 869 - FOTO

17:03 27-08-2021 | icon 2316
Nömrəsini BNA kamerasından gizlətmək istəyən sürücü görün nə etdi - 10 AA 869 - FOTO

Bəzən sürücülər avtomobili qanunsuz olaraq park etdikdə Bakı Nəqliyyat Agentliyinin kameralarından yayınmaq üçün müxtəlif üsullara əl atırlar. Kimisi nömrənin üstünü bağlayır, kimisi də avtomobilin yük yerini açır. Oxuculardan birinin  təqdim etdiyi forolarda isə 10 AA 869 dövlət nömrə nişanlı "Mercedes GL" markalı avtomobilin sürücüsü daha unikal yola əl atıb. Kameranın altında avtomobili saxlayıb və nömrə görünməsin deyə maşının arxa hissəsində dayanıb. Amma BNA kameralarından yayınsa da oxucularımızın kamerasından qaça bilməyib.

Qeyd edək ki, sürücü maşını BNA kamerasının altında, dayanma-durmanın qadağan olunduğu yerdə saxlayıb.(Avtosfer)

Fotoları təqdim edirik:

 
 

Digər xəbərlər

0.36227798461914