Rəşad İlyasov 3 ildən sonra efirə qayıtdı
Əməkdar artist Rəşad İlyasov üç illik fasilədən sonra yenidən aparıcı kimi efirə qayıdır.
2019-cu ildə AzTV və Mədəniyyət kanalından kənarlaşdırılan sənətçi ötən gündən tamaşaçı qarşısına çıxır. O, Mədəniyyət televiziyasında “Səhərçağı” proqramında aparıcılıq edir.
Xatırladaq ki, R. İlyasov üç il əvvəl Space TV-də yayımlanan “Hər səhər” verilişində həmkarı Rüfət Axundovla söyüşlü duet ifa etmişdi. Belə ki, R. Axundov fonoqram mahnı ifa edərkən səs rejissoru mikrofonları bağlamağı unutmuşdu. Rüfətlə birlikdə Rəşad İlyasov da mikrofonun bağlı olduğunu zənn edərək mahnının sözlərində qeyri-etik ifadələr işlətmişdi.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) açıqlamasına əsasən, 5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min AZN cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilmiş, qəbul olunmuş, iş məhkəməyə göndərilmişdir.
AzTV sənətçinin “Yaradanlar və yaşadanlar” adlı verilişini bağlamış, ona 6 ay müddətinə efir qadağası qoymuşdu.
-
Azərbaycanda yeni radio fəaliyyətə başlayır
...
-
Belarus Kino Günlərinin açılışı olub
...
-
“Şuşaya qayıdırıq” - Video
...
-
“Arka sokaklar”dan buna görə çıxıbmış
...
-
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - Fotolar
...
-
Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi yad olunub
...
-
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında
...
-
Xalçalarımız Qazaxıstanda Novruz festivalında - Tokayev də iştirak edib
...
-
Yapon ailəsindəki sonuncu bahar - TƏHLİL
...
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - Fotolar
...