Sabiq icra başçısı futbol komandası yaratdı, məktəb açdı

12:13 03-09-2021 | icon 1642
Sabiq icra başçısı futbol komandası yaratdı, məktəb açdı

2011-2016-cı illərdə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Tahir Kərimov özünə yeni futbol komandası yaradıb.

Bakının Nizami rayonunda Tahir Kərimova məxsus futbol komandası fəaliyyətə başlayıb. Komandanın nəzdində yeniyetmələrin futbola cəlb olunması üçün futbol məktəbi də açılıb.

Qeyd edək ki, Tahir Kərimov həm də iş adamı kimi tanınır. Azərbaycanın müxtəlif bölgələrində onun özünə və ailə üzvlərinə məxsus bir sıra şirkətlər var.


Digər xəbərlər

0.28927302360535