Ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlandı

10:53 04-09-2021 | icon 1903
Ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlandı

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, iş nömrəsinin sonuna 8 rəqəmini əlavə edib bütün mobil operatorlardan 7727-yə SMS göndərməklə müsabiqənin nəticələri ilə tanış olmaq mümkündür. Abituriyent qəbul olduğu ixtisasın dövlət sifarişli və ya ödənişli olmasını bilmək üçün gələn ixtisas kodunu 7737-yə göndərərək bu barədə informasiya əldə edə bilər.

 

Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.


Digər xəbərlər

0.24732995033264