“Maşa və Ayı”nın Azərbaycan buraxılışının silinməsi ilə bağlı - Açıqlama

10:54 04-09-2021 | icon 2715
“Maşa və Ayı”nın Azərbaycan buraxılışının silinməsi ilə bağlı - Açıqlama

“Maşa və ayı” cizgi filminin istehsalçı şirkəti “Animakkord”un direktoru Dmitri Loveyko Azərbaycan nağılının personajı haqqında olan “Balaca Cırtdan” epizodunun "YouTube" kanalından silinməsi ilə bağlı açıqlama verib.

News.ru-ya danışan Loveykonun sözlərinə görə, müəlliflər titrlarda səhvə yol verib, düzəliş edildikdən sonra həmin seriya yenidən "YouTube"a qaytarılacaq:

 

“Biz başlıqları dəyişirik. Heç bir problem yoxdur. 3 Azərbaycan nağılını hazırlamışıq, bitəndə nümayiş olunacaq. Burada hər hansı siyasi məqsəd yoxdur”.


Digər xəbərlər

0.254065990448