XVI Yay Paralimpiya Oyunları başa çatdı
Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatıb.
Azərbaycan Milli Paralimpiya Komandası yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb.
İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir.
Həmçinin, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Milli komandamızın bayraqdarı isə Lamiyə Vəliyeva olub. Qeyd edək ki, Lamiyə Vəliyeva bu oyunların həm qızıl (T13 400m - Paralimpiya rekordu) , həm də gümüş ( T13 100m ) mükafatçısıdır.
Şəhanə Hacıyeva, Saleh Raman, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Həmid Heydəri, Elvin Astanov, Dürsədəf Kərimova, Vəli İsrafilov, Lamiyə Vəliyeva, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva gümüş, Pərvin Məmmədov, Namiq Abaslı, İlham Zəkiyev, Səid Nəcəfzadə bürünc medal qazanan idmançılarımızdır.
Əlavə olaraq, idmançılarımız bir sıra rekord nəticələrə də imza atıblar:
Atletika idman növü üzrə idmançımız Həmid Heydəri (F57) nizə atma növü üzrə 51.42 m nəticə göstərərək dünya rekorduna imza atıb.
Atletika idman növü üzrə idmançımız Elvin Astanov ( F53 - nüvə itələmə) növü üzrə 8.77 metr nəticə göstərərək dünya rekordunu yeniləyib.
Üzgüçülük idman növü üzrə təmsilçisi Vəli Israfilov (S12 - 100 metr brass ) 1:04.86 nəticə ilə Paralimpiya rekorduna imza atıb.
Atletika idman növü üzrə idmançısı Lamiyə Vəliyeva (T13) 400 metr kateqoriyasında 55.00 saniyəlik Paralimpiya rekordunu yeniləyib.
Qeyd edək ki, üzgüçülük idman növü üzrə təmsilçimiz Raman Saleh 3 kateqoriyada (S12 100 metr arxasıüstə, S12 100 metr sərbəst, S12 100 metr butterfly) qızıl medal qazanıb.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...