Azərbaycan qadınına ən yüksək qiyməti Ulu öndər Heydər Əliyev verib

10:26 13-09-2021 | icon 984
Azərbaycan qadınına ən yüksək qiyməti Ulu öndər Heydər Əliyev verib

Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb.

Dünyanın yaranışından bu günə qədər cəmiyyətlərin inkişafında qadının rolu əvəzedilməzdir desək, bəlkə də yanılmarıq. Çünki, nəzərə alsaq ki, qadın ilk növbədə anadır, valideyndir və ailədə uşaqların tərbiyəsi ilə bilavasitə məşğul olur, o zaman, qadının xalqın gələcəyi sayılan gənc nəslin formalaşmasındakı rolu hər birimizə aydın olar. Digər tərəfdən, tarixdə bir sıra faktlar var ki, həlledici məqamlarda qadınların hər hansı bir məsələyə müdaxiləsi olduqca mühüm əhəmiyyətə malik olub. Bu, Azərbaycan tarixində də var. Xalqımızın dövlətinin varlığını qorumaq üçün yüksək səviyyədə çıxış edən qadınları olub.

Belə xanımlarımızdan biri də təcrübəli rəhbər , ziyalı bir insan, 1 saylı Uşaq Reabilitasiya Mərkəzinin direktoru Nərgiz Əliyevadır.

Bu gün ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlara verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Prezident İlham Əliyevin xüsusi qayğısı sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli sosial təminat və müasir reabilitasiya sistemi ilə əhatə olunmasına imkan yaradıb.

Nərgiz xanımın rəhbərlik etdiyi 1 saylı Uşaq Reabilitasiya Mərkəzi də belə nümunəvi müəsəssidir.

Burada göstərilən keyfiyyətli xidmət də buna bariz nümunədir. 

Nərgiz Əliyeva buraya təyin olunandan, burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

 

Qeyd edək ki, son günlər bəzi internet saytlarında 1 saylı Uşaq Reabilitasiya Mərkəzi ilə  bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından  mərkəzin kollektivi qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.

Burada kollektiv arasında nizam- intizam olduqca yüksək səviyyədədir. Halbuki, bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar.

Bir daha qeyd edirik ki,son vaxtlar bəzi saytlarda mərkəz haqqında müəllifi məlum olmayan bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur. Bu məqalələrdə göstərilənlər mərkəzin və direktorunun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, Nərgiz xanım dövlətə və dövlətçiliyə sadiq olan bir insan olmaqla, onun fəaliyyəti kollektiv tərəfindən təqdir olunur. Buranın işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə keyfiyyətin yüksəldilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır. Beynəlxalq əlaqələrin genişlənməsi kimi tədbirlər rüşvət sindromundan yaxa qurtara bilməyən bəzi insanların şəxsi maraqlarına cavab vermir. Yəqin mərkəz ilə bağlı gedən böhtan xarakterli yazıların “naməlum mənbə”si də bu sindroma ciddi şəkildə yoluxmuş, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərlə barışa bilməyənlərdəndir.

 

P.S. Azərbaycan xalqında qadına hörmət göstərmək bir mental dəyər səviyyəsindədir. Bu gün bəlkə də xalqımız dünyada nadir xalqlardandır ki, ictimai yerlərdə, ümumiyyətlə, hər bir məkanda qadına qarşı xüsusi münasibət göstərilir. Bu, Azərbaycan xalqına əsrlərdən bəri yadigar qalan bir irsdir və xalqımız bu milli dəyəri uğurlu şəkildə qoruyub gələcək nəslə ötürür. Bununla yanaşı, bizim dinimiz-İslam dini də qadınlara münasibətdə hörmət göstərməyi buyurur.

Lakin, çox təəssüflər olsun ki, yuxarıda qeyd etdiyim bəzi dırnaqarası dostlar, xüsusən bəzi KİV-lər nədənsə Nərgiz xanımın uğurlarını həzm etmirlər. Azərbaycan xanıma qarşı çox çirkin kompaniya aparır, iftira dolu məqalələrlə hansısa məqsədlər güdürlər. 


Digər xəbərlər

0.28801608085632