Cüdo yığmamızdan gümüş medal

22:07 10-09-2021 | icon 1603
Cüdo yığmamızdan gümüş medal

Azərbaycanın cüdo komandası Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında gümüş medal qazanıb.

Millimiz 1/4 finalda Qırğızıstana, yarımfinalda Qazaxıstana qalib gəlsə də, finalda Özbəkistana 3:5 hesabı ilə uduzub.

 

Finalda 100 kq çəki dərəcəsində mübarizə aparan Adil Kərimov Muzafferbek Turoboyevə, Elçin Hüseynov (66 kq) Dilşodbek Yuldoşevə, Səbinə Əliyeva (52 kq) Yulyana Maksatbayeva, Diana Şoranova (63 kq) Şukurcon Aminovaya, Nərmin Əmirli (78 kq) isə İrisxon Kurbanbayevaya məğlub olub.

Şəfəq Həmidova (48 kq) Halimajon Kurbonovaya, Rövşən Əliyev (60 kq) Kamoliddin Baxtiyorova, Zelim Tçkayev (81 kq) isə Nurbek Murtozoyevə qalib gəlib.


Digər xəbərlər

0.27904796600342